Logo

Türkiyə səfiri qəfil dünyasını dəyişdi - FOTO

Türkiyə səfiri qəfil dünyasını dəyişdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyənin İsveçrədəki səfiri Mehmet Tuğrul Gücük vəfat edib. 

Sfera.az report-a istinadən bildirir ki, diplomat uzun sürən xəstəlikdən sonra avqustun 3-də Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 
Mehmet Tuğrul Gücük Bodrum şəhərindəki Güllük qəbiristanlığında dəfn ediləcək. 

Qeyd edək ki, M.Gücük 1955-ci ildə Ankara şəhərində anadan olub. 1983-1987-ci illərdə Türkiyənin Berlində baş konsulu olub, 1995-1999-cu illərdə Türkiyənin ABŞ-dakı səfirliyində çalışıb. O, 2005-2010-cu illərdə Türkiyənin Bolqarıstanda səfiri vəzifəsində işləyib. 2014-cü ildən isə Türkiyənin İsveçrədə səfiri idi. Ancaq M.Gücük təxminən üç aydır müalicə məqsədilə Türkiyədə olduğundan bu vəzifəni səfirliyin müşaviri Volkan Karagöz icra edirdi.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR