Əyləncə, hədiyyəli oyunlar, açılışa özəl endirimlər üçün sabah “Kontakt Home 3 mkr” mağazasına gəlin
İllərdir müştərilərin
evinə sevinc daşıyan, onların simasında təbəssüm yaratmağı məharətlə bacaran
"Kontakt”, bu dəfə də ənənəsinə sadiq qalaraq
"3 mikrorayon dairəsi” mağazasını loft üslubunda yeniləyib, tam müasir görünüşdə
müştəriləri ilə qovuşdurmağı gözləyir.
Sabah, yəni fevralın 25-də baş tutacaq təntənəli açılışda sizi nələr gözləyir?
Musiqi, əyləncə, bol hədiyyəli
oyunlar? Bəli, bəli. "Kontakt”ın ənənəvi açılışları kimi bu dəfə də böyükdən
kiçiyə açılışa gələn hər kəs əylənəcək. Hələ üstəlik açılışa özəl nağd alışda 50%-dək
endirim, hissəli alışda isə 18 ayadək faizsiz, ilkin ödənişsiz və
komissiyasız şərtlər lap ürəyinizdən xəbər verəcək.
Əlverişli ünvanda – düz 3-cü mikrorayon dairəsində yerləşən "Kontakt Home”
mağazası 1300 m2 əraziyə malik olub, -1 ci mərtəbəsində dünya brendlərinə
məxsus böyük məişət və tekstil məhsullarının, 1-ci mərtəbəsində isərəqəmsal,
kiçik məişət və nəqliyyat texnikasının geniş çeşidini zövqlə bir araya gətirib.
Siz də yenilənmiş mağazaya gəlib açılışa özəl endirimli qiymətlərdən
yararlanaraq:
·128 GB yaddaşlı Samsung Galaxy A52 smartfonunu 720 yox, cəmi 649 manata;
·İki nəfərlik Runa tekstil yataq dəstini 144 yox, 100 manata;
·A++ enerji sinfinə aid Hoffmann soyuducusunu 500 yox, cəmi 399 manata almağınız mümkündür.
Hissəli alışda isə yalnız martın 3-dək bu mağazada smartfonları 12, televizorlar, tekstil və məişət texnikasını 18 ayadək ilkin ödənişsiz, faizsizhəmçinin komissiyasız ala bilərsiniz.
Məsələn, sözügedən mağazada kredit alıcıları üçün:
·108 sm ekran diaqonalına malik Toshiba televizoru ayda 61 manata;
·1800 Vt-luq Hoffmann ətçəkəni ayda 12 manata;
·330 Vt sovurma gücünə sahib Gorenje tozsoranı isə ayda cəmi 8 manata təklif olunur.
Tələsin! "Kontakt” sevinc qapılarını üzünüzə açmaq üçün yolunuzu 4 gözlə gözləyir. Ünvan: 3-cü mkr., Alı Mustafayev k., 8A.
Qeyd edək ki, 30.000 mindən çox məhsul seçimi ilə ölkənin ən aparıcı satış şəbəkələrindən olan "Kontakt” ölkə üzrə ümumilikdə 34, Gürcüstanda 1 vəkontakt.azonlayn mağazası ilə hər zaman müştərilərinə məmnuniyyətlə xidmət göstərir.
Ətraflı məlumat almaq üçünkontakt.azsaytına, *6060 Çağrı Mərkəzinə və ya şəbəkənin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.






