Logo

Bakıda qadına əxlaqsız təklif edən sürücü həbs edildi

Bakıda qadına əxlaqsız təklif edən sürücü həbs edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs olunub.

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

"Xanım müştərilərə qarşı hörmətsizlik edən taksi sürücüsü, 1989-cü il təvəllüdlü Röyal Həsənov barəsində toplanmış materiallar baxılması Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmə xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən R.Həsənov barəsində qərar çıxarıb.

O, 1 ay müddətinə inzibati həbs olunub və 1 illik sürücülük hüququndan məhrum edilib", - deyə E.Hacıyev əlavə edib.

Qeyd edək ki, 20 Yanvar metrostansiyasının yaxınlığında taksi sürücüsü xanım sərnişinə əxlaqsız təkliflər edib. Daha sonra isə sürücü xanıma qarşı nalayiq hərəkətlər edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR