Logo

Azərbaycan diasporunun tarixi missiyası və qarşıda duran vəzifələr

Azərbaycan diasporunun tarixi missiyası və qarşıda duran vəzifələr
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda ciddi problemlər yaşanırdı. Siyasi-iqtisadi böhran, daxili çəkişmə, xüsusən də Ermənistanla müharibə şəraiti dövlət olaraq mövcudluğumuzu sual altına almışdı.

Diaspor quruculuğunda ilk addımlar…

Havadarlarının yardımı nəticəsində müharibədə, eləcə də informasiya savaşında üstünlük əldə edən Ermənistanın məkrli planlarının qarşısını almaq, vəziyyəti xeyrimizə dəyişmək və haqq səsimizi dünyaya çatdırmaq üçün isə qüdrətli dövlət və güclü lobbinin yaradılması vacib məsələlərdən biri idi. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev bütün məsələləri təmkinlə qaydasına salmağa başladı. Ümummilli liderin qətiyyətli iradəsi sayəsində respublikada tədricən ictimai-siyasi sabitlik bərqərar oldu.

Xarici səfərlərdə olarkən Ümummilli liderimiz mütəmadi olaraq vaxt tapıb həmin ölkədə yaşayan həmvətənlərimizlə görüşür, onları dinləyir, məsləhətlər verir, həmişə Azərbaycanla, eləcə də digər ölkələrdə yaşayan soydaşlarımızla six əlaqədə olmağı tövsiyə edirdi. Beləliklə, diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilirdi.

Heydər Əliyevin 2002-ci il iyulun 5-də imzaladığı "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında”kı fərman isə lobbiçiliyin mütəşəkkilləşməsi üçün zəmin oldu.

Azərbaycan diasporunun tarixi missiyası və qarşıda duran vəzifələr

Lobbiçilik və milli həmrəylik…

Lobbiçiliyin inkişafında Heydər Əliyev Fondunun xüsusi yerini qeyd etmək lazımdır. Fondun prezidenti Mehriban Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin, incəsənətinin dünyada təbliğğ edilməsində müstəsna xidmət göstərir. Mədəniyyətlərarası dialoqun təşkili və təşviqi istiqamətində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESKO ilə əlaqələrini xüsusilə qeyd etmək lazımdır. Eyni zamanda, fond xüsusən də Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində davamlı tədbirlər həyata keçirir, diaspor təşkilatlarını da bu məqsədə xidmət edəcək bütün vasitələrlə təmin edir. Bu faciə hər bir azərbaycanlını "Xocalıya ədalət” naminə daha sıx birləşdirir. Fondun bu adla keçirdiyi kampaniya çərçivəsində internet üzərindən dövlətlərə müraciət məqsədilə yaradılan petisiyalara qısa müddətdə milyonlarla azərbaycanlının səs verməsi birlik və həmrəyliyimizlə bağlı Ermənistana, eləcə də dünyaya bir mesajdır.

Dünya azərbaycanlılarının həmrəyliyi…

Azərbaycan diasporunun tarixi missiyası və qarşıda duran vəzifələr

Dünyanın fərqli ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə hələ 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirilmişdi. Qurultayda ulu öndər Heydər Əliyev  dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi haqqında fikirlərini ifadə etmişdi. Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır.

Milli həmrəylik 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-na qədər davam edən Vətən müharibəsində özünü daha qabarıq şəkildə göstərdi. Siyasi əqidəsinən, baxışından asılı olmayaraq, hər bir azərbaycanlı haqq savaşında dövlətin, ordunun, ali baş komandanın ətrafında birləşdi. Mübarizəmizi beynəlxalq səviyyədə tanıdan həm ölkə, həm də xaricdə yaşayan soydaşlarımız sonadək öz mübarizəsindən əl çəkmədi. Bundan sonrakı mərhələdə də həll olunmamış məsələlərlə bağlı soydaşlarımızın aktiv olaraq həmrək şəkildə  mübarizə aparacağı, haqq savaşında susmayacağı şübhə doğurmur.

Əzizə Zeynal

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Diaspor quruculuğu, lobbiçilik və Dünya azərbaycanlılarının həmrəyliyi

Azərbaycan diasporunun tarixi missiyası və qarşıda duran vəzifələr

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR