Logo

Qiymətlər baha, yeməklər keyfiyyətsizdir... - Universitet yeməkxanaları ilə bağlı yeni tənzimləmələr gəlir?

Qiymətlər baha, yeməklər keyfiyyətsizdir... - Universitet yeməkxanaları ilə bağlı yeni tənzimləmələr gəlir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanda universitetlərin yeməkxanaları ilə bağlı zaman-zaman narazılıqların olduğu müşahidə edilir. Bu şikayətlər adətən qidaların tələbələrin büdcələrinə uyğun olmadığı istiqamətində olur. Fikirlər belədir ki, restoran sahiblərinin əksriyyəti universitet yeməkxanalarını da işlədirlər və bu halda tələbənin cibi nəzərə alınmır.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, universitetlərimizin qarşısında duran mühüm vəzifələrdən biri də tələbələrin bu və ya digər xərclərinin tənzimlənməsi məsələsidir:
 
"Bütün universitetlərə şamil etməsək də, reallıq budur ki, bu gün əksər ali təhsil ocaqlarında yeməklərin keyfiyyəti yaxşı deyil, olduqca aşağıdır. Bu qidalar gələcəkdə tələbələrimizin sağlamlığına, səhhətinə ciddi təsir edəcək. Keyfiyyət məsələsi mütləq düzəldilməlidir. İkinci vacib məsələ isə qiymətlərdir. Bir sıra hallarda qiymətlər həddindən artıq yüksək olur, bu da həm vətəndaşlarımızda, həm də tələbələrimizdə ciddi narahatlıqlara səbəb olur”.
 
Millət vəkili qeyd edib ki, bəzi universitetlərdə təqdim edilən yeməklər 6-8 manat civarındadır:
 
"Türkiyənin bir sıra universitetlərində tələbələr 1-2 manata normal qidalana bilərlər. Bu məsələ sözügedən ölkədə geniş tənzimlənib, həllini tapıb. Hesab edirəm ki, biz Türkiyə təcrübəsindən də istifadə edə bilərik. Düzdür, qardaş ölkə bu istiqamətdə artıq böyük məsafə qət edib, xeyli inkişaf var, amma biz də bu mövzuda həssas olmalıyıq. Universitetlərdə qiymət yüksək olduğundan gənclər daha ucuz yerlərə üz tuturlar və bir sıra hallarda daha ucuz yerlərdə yemək daha keyfiyyətsiz olur. Bu baxımdan düşünürəm ki, məsələ barədə ciddi düşünməli və gənclərimizin həm ucuz, həm də keyfiyyətli qidalana bilməsini təmin etməliyik”.
 
Günay Rəsulqızı
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR