Logo

“Burada təəccüblü nə var?” – Aqil Abbas deputatların İrəvana getməsinə haqq qazandırdı

“Burada təəccüblü nə var?” – Aqil Abbas deputatların İrəvana getməsinə haqq qazandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Deputatların İrəvana səfəri ilk hal deyil, bundan əvvəl də belə səfərlər olub”.

Sfera.az xəbər verir ki, bunu Gundem.az-a açıqlamasında millət vəkili Aqil Abbas sabah İrəvanda  keçiriləcək AVRONEST Parlament Assambleyasının komitə iclaslarında azərbaycanlı deputatların iştirakından danışarkən deyib.

"Bundan əvvəl deputatlarımız Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı  Parlament Məclisinin iclasında çıxış etmək üçün İrəvana səfər etmişdilər. Burada təəccüblü nəsə yoxdur. Bundan sonrakı mərhələlərdə bizim və erməni deputatların qarşılıqlı səfərləri baş tutacaq. Görüşlərdə tərəflər arasında müəyyən istiqamətlərdə fikir mübadilədi ediləcək”.

Qeyd edək ki, Ermənistanda keçiriləcək AVRONEST Parlament Assambleyasının komitə iclaslarında ölkəmizdən deputatlar Soltan Məmmədov və Tahir Mirkişili iştirak edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR