Logo

Mətanət Əsədovanın çəkiliş apardığı ev "Qızıl Məryəm"ə aid imiş - FOTO

Mətanət Əsədovanın çəkiliş apardığı ev "Qızıl Məryəm"ə aid imiş - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müğənni Mətanət Əsədovanın televiziya çəkilişlərini apardığı evin özünə məxsus olmadığı ortaya çıxıb.

Sfera.az musavat.com-a istinadən xəbərinə görə, həmin mənzil bu yaxınlarda qətlə yetirilən "Qızıl Məryəm"ə məxsus imiş. M.Əsədovanın mərhumu öldürməkdə təqsirləndirilən qızı Günel Hüseynova ilə  yaxın rəfiqə olması vurğulanıb:

Mərhumun yaxınlarından biri məslə ilə bağlı bunları deyib:

“Günelin Asim adlı sevgilisi var idi, Asimin atası vəzifəli şəxsin şoferidir. Günel Asimə güvənib “xod” gedirdi. Deyirdi ki, Asimin atasının sözü hər yerdə keçir, ona heç kim, heç nə edə bilməz. Müğənni Mətanət Əsədova ilə yaxın rəfiqə idilər. Mətanətin öz evi olaraq, televiziyalarda təqdim etdiyi ev Məryəmin evidir. O, çəkilişləri Məryəmin evində aparırdı. Bilirəm ki, Günel ötən il klipmeyker Zöhrab Ağayev (Zorik) ilə İstanbula getmişdi, orada kinoya çəkilirdi. Sosial şəbəkələrdə yayılan fotolar da kino çəkilişindəndir".

M.Əsədova Məryəmgilin evində çəkiliş apardığı haqda danışmaq istəməyib:

“Mən bu haqda danışmaq istəmirəm. Xahiş edirəm ki, məni Günel barədə də narahat etməyin. Mənim bacım, qohum-əqrəbam deyil. Mən də onları camaat kimi tanıyıram. Hamı məni yığır, cavab verməkdən yoruldum. Onları milyon insan tanıyır, onlardan soruşun”.Mətanət Əsədovanın çəkiliş apardığı ev "Qızıl Məryəm"ə aid imiş - FOTOMətanət Əsədovanın çəkiliş apardığı ev "Qızıl Məryəm"ə aid imiş - FOTOMətanət Əsədovanın çəkiliş apardığı ev "Qızıl Məryəm"ə aid imiş - FOTOMətanət Əsədovanın çəkiliş apardığı ev "Qızıl Məryəm"ə aid imiş - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR