Azərbaycanlı onu təhqir edən dağıstanlı döyüşçünü 3 saniyəyə yerə sərdi - VİDEO
Kateqoriya məlum deyil Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə olQaydasız döyüş ustaları dağıstanlı Maqomed Zeynalovla azərbaycanlı Fərid Yədullayev arasında mübahisə düşüb.
Sfera.az "Ölkə.Az"-a istinadla xəbər verir ki, sonradan davaya çevrilən mübahisə telekanallardan birindəki proqramın kulisində baş verib.
"Venom" ləqəbli Maqomed Zeynalov mübahisə zamanı Fəridi təhqir edib. Yədullayev isə 3 saniyə ərzində 5 zərbə ilə dağıstanlını yerə sərib.
Həmin görüntüləri sizə təqdim edirik: