Kəlbəcərdəki hərbi hissələrə işıq çəkilir - VİDEO
Kateqoriya məlum deyil
Azərişıq ASC Kəlbəcərdə yerləşən N saylı hərbi hissələri elektrik enerjisi ilə təchiz etməyə başlayıb.
Sfera.az xəbər verir ki, videokadrlardan ASC-nin Kəlbəcər rayonundakı "Alagöllər” ərazisində qarlı və şaxtalı havada elektrik enerjisi xətlərinin çəkilişi ilə məşğul olduğu görünür.
Qurum əməkdaşları bildirir ki, hava şəraitinin qeyri-sabit olmasına baxmayaraq 35KV-luq xətlərin muftalanması (montajı) prosesi həyata keçirilir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin elektrik enerjisi ilə təchizatı "Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir. (Report)






