Logo

Dəm qazının qurbanına çevrilməmək üçün nələri bilməliyik?

Dəm qazının qurbanına çevrilməmək üçün nələri bilməliyik?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ötən gün Qusar rayonunda bir ailənin 5 üzvü dəm qazından boğularaq ölüb. Bu hadisə yenidən "səssiz ölüm”ü gündəmə gətirib.

Dəm qazından zəhərlənmə əlamətləri nələrdir? Həmin halda nələr etmək lazımdır?

Sfera.az bildirir ki, başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s. kimi əlamətlər dəm qazından zəhərlənmədən xəbər verir. Digər tərəfdən, zəhərlənmə zamanı ilkin təcili yardım gələnədək bəzi tədbirlər görülməlidir ki, kritik vəziyyətin qarşısı alınsın.

Belə ki, dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır. Lakin bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir.

Qeyd edək ki, dünən Qusar şəhərinin H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı Baş Prokurorluğa məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR