"Görmə zəifliyi olan insanlar göstərməlidir ki, başqa insanlardan heç bir fərqi yoxdur”.
Görmə zəifliyi olan Xətai Azayev bu il jurnalistika ixtisasına qabiliyyət imtahanı verən və məqbul qiymət alan 154 nəfərdən biridir.
Sfera.az AzərTac-a istinadən xəbər verir ki, 24 yaşlı gənc 3 il qəbul imtahanlarında uğurlu nəticə göstərə bilməyib. Bu il isə imtahanda 324 bal toplayıb.
Xətai bildirir ki, gələcəkdə jurnalistika sahəsində çalışmaq istəyir.
"Görmə zəifliyi olan insanlar özünü sübut etməlidir. Göstərməlidir ki, başqa insanlardan heç bir fərqi yoxdur”, - deyə Xətai vurğulayıb.
Görmə əngəlli gənc universitetə qəbul olundu – VİDEO
Kateqoriya məlum deyil






