Zaur qızından şikayətləndi
Kateqoriya məlum deyil
ATV-nin aparıcısı Zaur Baxşəliyev qızı Dilavərdən şikayətlənib.
Sfera.az-ın məlumatına görə, aparıcı “Bizimləsən” verilişində övladının sözə qulaq asmadığını deyib:“Qızım çox tərsdir. Bəzən özüm də elə çıxılmaz dalana dirənirəm ki, nə edəcəyimi bilmirəm. Yemirəm deyir, sakit dayanır. Həkimə zəng vurmağa məcbur qalıram. Körpə olduğu üçün vura da bilmirəm. Qızım üçün ən böyük mükafat şokoladdır. Nə alsan, mümkün deyil, ancaq konfet verməlisən. Deyirsən “canavar gələcək, səni yeyəcək”. Cavab verir ki, “gəlsin də, yesin də”. Adam dəli olur”.






