Logo

Əmanətlərin neçə faizi sığortalanıb?

Əmanətlərin neçə faizi sığortalanıb?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qorunan əmanətlərin 19%-i manatın payına düşür.

2016-cı ilin 6 ayın yekunlarına görə, fiziki şəxslərin cəmi əmanətləri 7 milyard 761 milyon manat təşkil edib.

Oxu.Az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun cari ilin birinci yarısı ilə bağlı açıqladığı hesabatda əks olunub.

2016-cı ilin II rübündə qorunan əmanətlər ötən rüblə müqayisədə 543 milyon manat (8,8%), ilin əvvəlinə olan göstərici ilə müqayisədə isə 296 milyon manat (5%) azalıb və nəticədə cəmi əmanətlərin (7,8 milyard manat) 73%-ni (5,66 milyard manat) qorunan əmanətlər, 27%-ni (2,10 milyard manat) isə qorunmayan əmanətlər təşkil edib.

Kompensassiya olunan əmanətlər cari ilin əvvəlinə olan göstərici ilə müqayisədə 99% (2 milyard 275 milyon manat) artaraq 4 milyard 572 milyon manat olub ki, bu da ümumi əmanətlərin (qorunmayan əmanətçilərin əmanətləri istisna olmaqla) 65%-ni, qorunan əmanətlərin isə 81%-ni təşkil edib.

Qorunan əmanətlərin 77%-i dollar, 19%-i manatın, 4%-i Avronun payına düşür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR