Logo

Azərbaycanlı illuziyaçı hamını heyrətləndirdi - VİDEO

Azərbaycanlı illuziyaçı hamını heyrətləndirdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İlluziyaçı Şəhadət Bağırov doğma rayonu olan Şamaxıda yerli sakinləri ətrafına toplayaraq yeni nömrələr nümayiş etdirib. Belə ki, o, şüşə arxasında oturan şəxslə üz-üzə dayanıb. Onlar aradakı şüşənin varlığını isbat etməkçün əllə toxunuş da edirlər. Daha sonra Şəhadət plastik "trupka" vasitəsilə şüşənin o tayındakı adamın qarşısındakı stəkandan şirəni içməyə başlayır və bu görənləri heyrətləndirir.

2-ci nömrəsində isə illuziyaçı bir neçə salfeti şüşəyə yapışdırır və əlini şüşədən keçirir. Bu da illuziyanı canlı izləyənlərin marağına səbəb olur.

Xatırladaq ki, buna bənzər nömrələri məşhur əcnəbi illuziyaçılar da həyata keçirib və Şəhadət bununla bir növ onlara cavab vermiş olub. Həmin görüntüləri təqdim edirik: (BİZİMYOL)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR