Logo

Feysbukda oğru peyda olub - DİQQƏT

Feysbukda oğru peyda olub - DİQQƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda son günlər kibercinayətkarlıqla bağlı şikayətlər durmadan artır. Bizimyol.info xəbər verir ki, daha bir sayt rəhbəri kibercinayətkar qruplaşma ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.

Windows-az.com saytının rəhbəri olan Tural Ağayev ona aid facebook səhifəsinin oğurlanması ilə bağlı DİN-ə şikayət ərizəsi yazıb. T.Ağayev Yasamal rayon sakini, 1995-ci il təvəllüdlü Bəşirov Orxan Zahid oğlu və onunla birgə bir neçə nəfərlə bağlı müraciət etdiyini bildirir. Sayt rəhbərinin bildirdiyinə görə, bir qrup şəxs son günlər ölkəmizə aid bir neçə facebook səhifəsini ələ keçiriblər. Ələ keçirilən səhifələr arasında onun rəhbəri olduğu saytın "Facebook" səhifəsi də var. Şikayətçi şəxs, bu işi sona qədər davam etdirəcəyini və günahkarların cəzalandırılmasına nail olacağını bildirib. Sayt rəhbərinin verdiyi məlumata görə, DİN-dən onunla əlaqə saxlanılıb və şikayətin qeydə alındığı bildirilib.

Xatırladaq ki, iki gün öncə kifayət qədər izləyicisi olan "Capstagram" və "Şedevr" kimi səhifələrin rəhbərləri də məsələ ilə bağlı polisə müraciət ediblər.

Qeyd edək ki, kibercinayətlərə kompüter sisteminə qanunsuz daxil olma (271-ci maddə), kompüter məlumatlarını qanunsuz ələ keçirmə (272-ci maddə), kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə (273-cü maddə), Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi (273-1.-ci maddə), kompüter məlumatlarının saxtalaşdırılması (273-2.-ci maddə) daxildir. Bu maddələr üzrə 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə, 2 min manatdan 4 min manatadək cərimə nəzərdə tutulur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR