Logo

Zəlzələ İmişlini bu hala saldı - FOTO/VİDEO

Zəlzələ İmişlini bu hala saldı - FOTO/VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün İmişli rayonunda yeraltı təkanlar baş verib.
Sfera.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilk təkan səhər saatlarında, saat 08:49-da qeydə alınıb. 25 km dərinlikdə baş verən 5.6 maqnitudalı zəlzələ 4 bala yaxın hiss olunub.
İkinci yeraltı təkan 3.9 maqnitudada 22 km dərinlikdə olub.
Saat 11:51-də qeydə alınan üçüncü təkanın dərinliyi 28 km, maqnitudası 4.1 olub.
Zəlzələ yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Təkanlar zamanı bəzi evlərin divarlarında çatlar əmələ gəlib.
Rayon ərazisində ciddi fəsadlar qeydə alınmayıb.
Hazırda rayon Fövqəladə Hallar komisiyası tərəfindən araşdırma aparılır.
Sfera.az Region TV-yə istinadən zəlzələnin imişlidə törətdiyi fəsadların foto və videogörüntüsünü təqdim edir:

Fotoları təqdim edirik:
Zəlzələ İmişlini bu hala saldı - FOTO/VİDEO
Zəlzələ İmişlini bu hala saldı - FOTO/VİDEO
Zəlzələ İmişlini bu hala saldı - FOTO/VİDEO
Zəlzələ İmişlini bu hala saldı - FOTO/VİDEO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR