Logo

Bakıda qadın özünü 16-cı mərtəbədən atıb

Bakıda qadın özünü 16-cı mərtəbədən atıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə iyulun 29-da rayonun Hidayətzadə küçəsi ev 49/51, mənzil 31 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Tamilla Tofiq qızı Mustafayeva yaşadığı 18 mərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR