Logo

Ölkəyə avtomobil gətirənlərə - XOŞ XƏBƏR! - VİDEO

Ölkəyə avtomobil gətirənlərə - XOŞ XƏBƏR! - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət Gömrük Komitəsi idxal olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi asanlaşıb.

ATV.az xəbər verir ki, gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, həmçinin müxtəlif bürokratik əngəllərin və vaxt itkisinin aradan qaldırılması məqsədilə sahibkarlar artıq idxal etdikləri mallar və nəqliyyat vasitələri barədə qısa idxal bəyannaməsi təqdim edəcəklər. Onlar beynəlxalq praktikada müsbət təcrübə kimi qəbul olunan  ilkin bəyanetmə elektron xidmətindən yararlana biləcəklər.

Yeniliyin sahibkarlar üçün əsas üstünlüyü ondan ibarətdir ki, gömrük orqanları artıq idxal və ixrac olunan mallar barədə qabaqcadan məlumat əldə edəcəklər. Bu ilk növbədə sərhəd buraxılış məntəqələrində həmin bəyan edilən mal və nəqliyyat vasitələrinin daha da surətli keçidini təmin etməklə yanaşı, gömrük rəsmiləşdirilməsinin daha çevik və vaxt itkisi olmadan həyata keçirilməsinə imkan yaradacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR