SOCAR-da daha bir yüksək vəzifəyə TƏYİNAT
Kateqoriya məlum deyil
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədova yeni vəzifə verilib.
Sfera.az bildirir ki, bu barədə Əhmədov özü məlumat verib. O, şirkətdə aparılan struktur dəyişiklikləri çərçivəsində SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olunduğunu açıqlayıb.
"İşim SOCAR Qrupunun korporativ kommunikasiya fəaliyyətlərinə nəzarət, təşkili və koordinasiyası ilə bağlıdır. Eyni zamanda, mətbuat katibi funksiyasını da icra edəcəyəm. Əvvəl olduğu kimi, bundan sonra da bütün mətbuat sorğuları üçün açığam və hamısını operativ şəkildə cavablandırmağa çalışacağam”, - deyə o əlavə edib.
Günay Rəsulqızı
Sfera.az






