Bakının 3 rayonunda su kəsiləcək
Kateqoriya məlum deyil
Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşana qədər Bakının Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Sfera.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.






