Logo

Körpə ölümü şəhərlərdə kəndlərdən 3 dəfə yüksəkdir

Körpə ölümü şəhərlərdə kəndlərdən 3 dəfə yüksəkdir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda son illərdə şəhər yerlərində körpə uşaqlar arasında ölüm göstəricisinin yüksəlməsi müşahidə edilir.

Sfera.az rəsmi məlumatlara əsasən xəbər verir ki, 1958-ci ildən başlayaraq 2006-cı ilədək ölkədə körpə (1 yaşadək olan uşaqlar) ölümü şəhər yerlərində kənd yerlərinə nisbətən daha aşağı olub. Lakin son illərdə bu göstərici şəhər yerlərində üstünlük təşkil edir.

2000-ci ildə hər 1000 nəfər diri doğulana 16,4 körpə ölümü olmuşdu. Şəhər yerində bu göstərici 16, kənd yerlərində 16,7 olub.

2006-cı ildə şəhər yerlərində körpələr arasında ölüm göstəricisi 13,8 olduğu halda, kənd yerlərində 10,3-ə düşüb.

Sonrakı illərdə də vəziyyət dəyişməyib. 2014-cü ildə şəhər yerlərində ölüm göstəricisi 16,5 olub, kənd yerlərində 4,2-yə düşüb, 2017-ci ildə şəhər yerlərində ölüm 18,7-yə yüksəlib, kənd yerlərində 4-ə düşüb.

2018-2020-ci illərdə şəhər yerlərində ölüm göstəricisi azalsa da, kənd yerləri ilə müqayisədə vəziyyət hələ də yaxşı deyil. 2020-ci ildə hər 1000 nəfər diri doğulana şəhər yerində 14,3 ölüm sayı düşdüyü halda, kəndlərdə 5,6 olub.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR