Logo

İmişlidə qəbirlərin başdaşları sındırılıb

İmişlidə qəbirlərin başdaşları sındırılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kənd sakinləri ilk dəfə belə bir hadisə ilə qarşılaşdıqlarını bildiriblər.

İmişli rayonunda kənd qəbiristanlığında qəbir daşları naməlum şəxslər tərəfindən sındırılaraq aşırdılıb.

Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılkənd kənd qəbiristanlığında baş verib.

Belə ki, səhər saatlarında yaxınlarının qəbirlərini ziyarətə gələn sakinlər bu xoşa gəlməz mənzərənin şahidi olublar. Sakinlər qəbiristanlıq ərazisində bəzi məzar daşlarının sındırılaraq dağıdıldığını görüblər. Kənd sakinləri 1974-cu ildən salınan qəbristanlıqda ilk dəfə belə bir hadisə ilə qarşılaşdıqlarını bildiriblər.

Kənd qəbiristanlığı Biləsuvar ərazisinin olduğu üçün bu barədə Biləsuvar polis şöbəsinə müraciət olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR