Logo

“Paşinyan qara mələkdir, təxribatları Koçaryanla Sarkisyan törədir...” – Deputatdan açıqlama

“Paşinyan qara mələkdir, təxribatları Koçaryanla Sarkisyan törədir...” – Deputatdan açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan sərhədboyu ərazilərdə təxribatlar törətməkdə davam edir.

İkitərəfli görüşlərin baş tutması və bir sıra rəsmi görüşlərdə qarşı tərəfdən verilən müsbət mesajlar nədənsə özünü doğrultmur.

Maraqlıdır, Ermənistanın təxribatları nə vaxtadək davam edəcək? Nikol Paşinyan nəyə nail olmaq istəyir?

Mövzu ilə bağlı Gundem.az-a danışan millət vəkili Elman Məmmədov deyib ki, Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları var. Deputat hesab edir ki, qarşı tərəf delimitasiya və demarkasiya prosesi reallaşanadək bu istəyinə çatmaq istəyindədir:

"Ermənistanda idarəetmədə tam anarxiya hökm sürür və ordu ilə hakimiyyət arasında tabesizlik var. Orduda hələ də yüksək rütbəli şəxslər arasında Koçaryan-Sarkisyan cütlüyünün tör-töküntüləri qalmaqdadır. Həmin şəxslər Paşinyan hakimiyyətinə problem yaratmaq məqsədilə təxribatlara əl atırlar. Lakin bu o demək deyil ki, Paşinyan mələkdir. O ancaq qara mələk ola bilər, o özü də stabil adam deyil. Paşinyan ikitərəfli rəsmi görüşlərdə boğazdan yuxarı bəyanatlar verir ki, Azərbaycanla sülh sazişi imzalamağa hazırdırlar və təkliflərini veriblər. Bu açıqlamalar verildikdən az müddət keçməsinə baxmayaraq, sərhəddə təxribatlar baş verir. Bu ondan xəbər verir ki, ermənilərə heç vaxt etibar etmək olmaz. Ermənilər nə Türkiyə, nə də Azərbaycana qarşı ərazi iddialarından əl çəkir. Sərhəddə baş verən təxribatlar da bundan qaynaqlanır”.

Deputat təxribatların bitməsinin bir neçə halda mümkün olacağını deyib:

"Onlar sərhədlərin delimitasiya və demrkasiya prosesi başa çatanadək Azərbaycanın müəyyən ərazilərində irəliləyiş əldə edib möhkəmlənmək istəyirlər. Yekunda komissiyaya da bildirsinlər ki, həmin ərazi də onlara aiddir. Ermənistan ordusuna aid tör-töküntülər hələ də Xankəndi, Qarabağ ərazisindədir. Azərbaycan ərazisində Arsax deyilən separatçı qurum fəaliyyətini davam etdirir. Bu da Rusiya hərbi kontingentinin himayəsi altında baş tutur. Bu mövcudiyyət qaldıqca təxribatlar davam edəcək. Sülhməramlı adı ilə fəaliyyət göstərən qüvvə də Azərbaycandan getdikdən sonra sakitlik bərqərar olacaq. Ermənistan himayədarlarına güvənərək təxribat törədir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR