Logo

Azərbaycanda həbsxanada toy: Tofiq Yaqublunun qızı ərə gedir

Azərbaycanda həbsxanada toy: Tofiq Yaqublunun qızı ərə gedir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Müsavat partiyasının başqan müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu ailə həyatı qurmağa hazırlaşır.

Sfera.az aznews.az-a istinadən bildirir ki, bu barədə N.Yaqublu sosial şəbəkədə yazıb. O, AXCP-nin həbsdə olan üzvü Seymur Həziylə həyat yollarını birləşdirmək qərarı aldıqlarını bəyan edib. 

T.Yaqublu bununla bağlı açıqlama verib. Bildirib ki, nikah mərasimi sabah S.Həzinin məhkumluq həyatı yaşadığı cəzaçəkmə müəssisəsində baş tutacaq. Başqan müavini özü mərasimdə iştirak edə bilməyəcəyini də qeyd edib.

Qeyd edək ki, ötən ilin yanvar ayında Seymur Həzi Abşeron Rayon Məhkəməsinin qərarıyla 5 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR