Logo

"Pandemiyadan sonra da ildə bir dəfə peyvənd vurula bilər” - İnfeksionist

"Pandemiyadan sonra da ildə bir dəfə peyvənd vurula bilər” - İnfeksionist
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Buster doza qəbul edənlərin sayı 40 faizə yaxınlaşır”

Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "COVID-19” mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, bu gün yoluxma sayı çox olsa da heç bir qapanmaya getmirik: "Buna təsir edən virusun mutasiyası ilə yanaşı insanların vaksinasiyadan keçməsidir”.

T.Eyvazov məsləhət görüb ki, əldə edilən qoruyuculuğu davam etdirmək istəyənlər buster doza vurdursunlar: "3 doza vurduranlar da xəstələnə bilər. Amma xəstəliyi yüngül keçirəcək və ağırlaşma halları olmayacaq. Pandemiya davam edərsə güman ki, 6 aydan bir doza vaksin vurulacaq. Pandemiya bitərsə ildə bir dəfə peyvənd vurula bilər”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR