Logo

Yasamalda ağacların kəsilməsi ilə bağlı araşdırma davam edir

Yasamalda ağacların kəsilməsi ilə bağlı araşdırma davam edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yasamal rayonu, Həsən Məcidov küçəsi, 5 saylı binanın qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Sfera.az-ın məlumatına əsasən, xidmət rəsmisi Vaqif Cavadov "Qafqazinfo”ya bildirib ki, hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam edir.

Onun sözlərinə görə, kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi məqsədilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR