Yalnız bu jurnalistlər güzəştli ipoteka kreditindən yararlana biləcəklər - Şərtlərlə bağlı sadə İZAH

Yalnız bu jurnalistlər güzəştli ipoteka kreditindən yararlana biləcəklər - Şərtlərlə bağlı sadə İZAH
Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin fevralın 8-də imzaladığı fərmana əsasən, Media Reyestrinə daxil edilən jurnalistlər də güzəştli şərtlərlə ipoteka krediti almaq hüququ əldə edirlər. Bu hüquqdan istifadə etmək üçün jurnalistin özü və ya ailəsi gənc olmalı, eyni zamanda ən azı 5 il jurnalist işləməlidir. Yaxud, jurnalist gənc deyilsə, güzəştli ipotekadan istifadə üçün ən azı 15 il jurnalist stajına sahib olmalıdır.
 
Gənc 29 yaşa qədər olan şəxlər, gənc ailə isə yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn ər və ya arvad nəzərdə tutulur.  

Sfera.az bildirir ki, dövlətin ayırdığı vəsait hesabına güzəştli ipoteka kreditlərindən hər kateqoriyaya aid olan insanlar istifadə edə bilmir. Güzəştli kreditlərdən jurnalistlərlə birlikdə yalnız 14 kateqoriyaya aid olan şəxslərin istifadə hüququ var.

Bəs, güzəştli ipoteka krediti nədir və həmin kateqoriyaya hansı əlverişli imkanlar yaradır?

"İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na əsasən ipoteka kreditinin 2 forması var: bunlar adi və güzəştli ipoteka kreditləridir.

Qaydaların yaratdığı imkanların təhlili göstərir ki, güzəştli ipoteka ilə alınan kredit adi ipoteka ilə müqayisədə daha ucuz başa gəlir, güzəştli şərtlərlə kredit götürənin hər ay ödədiyi pulun məbləği adi kreditdən az olur.

Qaydalarda göstərilir ki, adi krediti 3 ildən 25 ilədək götürmək imkanı var. Güzəştli şərtlərdə maksimum müddət 30 ilə qədərdir.

Bundan başqa güzəştli ipoteka kreditinin məbləği mənzilin dəyərinin 90 faizi qədərində ola bildiyi halda, adi kreditdə maksimum hədd 85 faizdir. Başqa sözlə, adi ipoteka krediti götürmək istəyən mənzilin dəyərinin ən azı 15 faizini öncədən ödədiyi halda, güzəştli kreditlərdə 10 faizini ödəyir.

Güzəştli kreditlərin ən üstün tərəfi onun faizləri ilə bağlıdır. Adi ipotekada illik faiz dərəcəsi maksimum 8 faizdirsə, güzəştli kreditlərdə 4 faizi ötmür. Yəni, güzəştli şərtlərlə 2-3 faizə də kredit götürmək imkanı var.

Nəhayət, güzəştli kateqoriyaya aid olan insanlar Mənzil İnşaatı Dövlət Agentliyinin inşaa etdiyi mənzilləri almaq hüququna sahibdirlər. Bu mənzillər bazar qiymətləri ilə müqayisədə ucuz olduğundan həmin məzillərin alışına görə yaranan kredit borcu, həmçinin hər ay ödənilən kredit haqqı az olur.  

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

COP29-da qatarlarla 10 mindən çox akkreditasiyalı sərnişin daşındı

Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qatarlarla ümumilikdə 1...

"Bölgənin 12 ölkəsinə Azərbaycan qazı ixrac ediləcək" - Mikayıl Cabbarov

"Azərbaycan dünya iqtisadiyyatı üçün mühüm olan enerji və logistika layihələrinin reallaşdığı məkana çevrilib". Sfera.az xəbər verir ki, bunu Mil...

Əhaliyə XƏBƏRDARLIQ: Bakıda və bölgələrdə leysan yağacaq

Bu gündən Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda noyabrın 27-dək yağıntılı hava şəraitinin olacağı gözlənilir.   Sfera.az xəbər verir k...

Agentlik onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.   Sfera.az xəbər verir ki, bu barədə MEDİA məlumat yay...

İngiltərə klubu baş məşqçisi ilə yolları ayırdı

İngiltərənin "Lester" klubu baş məşqçisi Stiv Kuperlə yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə Lester təmsilçisinin mətbua...

MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib.   Sfera.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayı...