"Xəstəxanalar tam fəaliyyətsiz durumdadır" - Aslan İsmayılovdan ETİRAZ
"Bu gün xəstəlik çox zəifləyib, kütləvi yayılıb. Ancaq bu o demək deyil ki, səhiyyə tam fəaliyyətsiz olmalıdır”.
Sfera.az bildirir ki, bunu tanınmış vəkil Aslan İsmayılov deyib. Onun sözlərinə görə, heç olmasa çağırışa gələrək yaxma götürüb nəticəsini portala salmaq lazımdır ki, gələcəkdə əlavə problemlər çıxmasın:
"Rastlaşdığım isə odur ki, xəstəxanalar tam fəaliyyətsiz durumdadır. Min bir bəhanə, yalanla çağırışa gəlmirlər. Gələndən sonra da müayinələrin cavabını, nəinki, şəxslərə göndərmirlər, heç TƏBİB-in portalına da salmırlar. Bu biabırçılıq işin çoxluğu ilə yox, səhiyyədəki dərəbəyliklə bağlıdır”.
A.İsmayılov son günlər yayılmış xəstəliklə bağlı gün ərzində yüzlərlə müraciət aldığını əlavə edib:
"Artıq koronavirusun çox zəiflədiyini, həyat üçün o qədər də tühlükəli olmadığını qeyd etdim. Buna görə bir daha təşvişə düşməməyə çağırıram”.
Türkan
Sfera.az






