Logo

Separatçılar Tərtərin Qapanlı kəndini niyə atəşə tutur?

Separatçılar Tərtərin Qapanlı kəndini niyə atəşə tutur?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-ı, saat 00:23-dən 02:12-dək fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı verdiyi məlumatda təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açdıqlarını qeyd etsə də, bir çoxları bu versiyanı inandırıcı saymır.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, terrorçu rejimin gündəmə gətirdiyi və fevralın 20-də təsdiq etməyə hazırlaşdığı "ərazilərin işğaldan azad edilməsi haqqında” qondarma "qanun"a baxdıqda bu suala cavab tapa və açılan atəşin içkili vəziyyətdən qaynaqlanmadığını deyə bilərik.

"Məlum "qanun layihəsi”nə Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə keçmiş "DQMV”yə daxil edilən Şuşa, Hadrut müharibədən əvvəl iddia etdikləri "Şaumyan (Goranboy) və Qetaşen (keçmiş Xanlar)” də daxil edilə bilər. Separatçı-terrorçu rejimin qondarma "xarici işlər naziri” David Babayan ötən həftə bildirirdi ki, onlar "müharibəyə qədər nəzarət etdikləri əraziləri, üstəlik Şaumyan və Qetaşeni” məlum "qanuna” daxil etməyi planlaşdırırlar.

Bu "hazırlıq” fonunda separatçı-terrorçuların Qapanlı istiqamətində atəş açması müharibədən əvvəlki vəziyyəti qaytarmaq, "mübarizəni” onların iddia etdikləri "qondarma "dqr”lə Azərbaycan arasına” keçirmək istəyidir. İstisna deyil ki, bu "ağılı” onlara verən elə ruslardır.

Atəşin keçmiş Ağdərə-müharibədən sonra erməni terrorçuların (sayları ən az 10 mindən çoxdur) qaldığı ərazidən açılması 10 noyabr razılaşmasının hələ də icra edilməyən 4-cü bəndini bir daha aktuallaşdırır”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR