Logo

Bu ölkələr “Böyük Qayıdış” siyasətinə töhfə verə bilər - TƏHLİL

Bu ölkələr “Böyük Qayıdış” siyasətinə töhfə verə bilər - TƏHLİL
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şanlı və tarixi qələbəsi ilə torpaqlarımız işğaldan azad etdikdən sonra həmin ərazilərin tezliklə bərpası və yenidən qurulması, məcburi köçkünlərin öz yurdlarına qayıtması və məskunlaşdırılması, regionun gələcək sosial-iqtisadi inkişafı hazırda əsas müzakirə mövzusudur.

Bütün bunlar isə olduqca çətin və yüksək məbləğdə vəsait tələb edən prosesdir. Bu işə dövlətin imkanlarının səfərbər olunması ilə yanaşı, digər maliyyə mənbələrinin də cəlb edilməsi vacib və arzuolunandır.

Bu ölkələr “Böyük Qayıdış” siyasətinə töhfə verə bilər - TƏHLİL

Bu məsələdə ölkə başçısı Prezident İlham Əliyevin sərgilədiyi mövqe yerində və düzgündür. Belə ki, hazırda bərpa prosesində iştirak etmək istəyən bir çox xarici ölkə və şirkətlər var. Lakin ölkə başçısı hələ müharibə zamanı demişdi ki, bu gün Azərbaycanın haqq işində ona kim dəstək olsa, müharibədən sonra işğaldan azad edilən ərazilərin bərpasında da o ölkələrə üstünlük veriləcək. Onun müharibə öncəsi dediyi bu sözlər bu gün bir daha öz təsdiqini tapır. Bu gün müharibə zamanı Azərbaycana dəstək olan, onun haqq işini müdafiə edən ölkələrin işğaldan azad edilən ərazilərin bərpasında iştirakına daha çox üstünlük verilir.

Şübhəsiz ki, ərəb ölkələri bu siyahıda yer alan dövlətlərdəndir. Ərəb ölkələri istər 44 günlük müharibə zamanı, istərsə də müharibə sonrası Azərbaycana siyasi-diplomatik dəstəyini əsirgəmədi. Azərbaycana müxtəlif ölkələr qərəzli mövqe sərgilədiyi bir zamanda ortaq tarixi dəyərlərə və dini vəhdətə malik olduğumuz ərəb ölkələri ədalətli mövqeyini qoruyub saxladı. Təsadüfi deyil ki, bu gün də başda Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, İordaniya, Küveyt və s. ərəb ölkələrinin işğaldan azad edilən Qarabağın bərpasında iştirak istəkləri yüksək səviyyədə dəyərləndirilir.

İşğaldan azad edilən ərazilərin bərpasında ərəb ölkələrinin iş adamlarının iştirakı olduqca mühümdür. Xüsusilə dini və tarixi abidələrin restavrasiyasında ərəb ölkələrinin təcrübəsindən yararlana bilərik.

Bu ölkələr “Böyük Qayıdış” siyasətinə töhfə verə bilər - TƏHLİL

Digər bir mühüm məsələ şübhəsiz ki, işğaldan azad edilən ərazilərdə tətbiq ediləcək innovativ və yeni texnologiyalardır. Hesab edirəm, bu məsələdə ərəb ölkələri ilə əməkdaşlıq mümkündür. Qeyd edim ki, hazırda texnoloji baxımdan lider ölkələr dedikdə ağla ilk gələn Yaponiya, Çin, Cənubi Koreya kimi Asiya və ya Almaniya, İngiltərə və ya Fransa kimi Qərb ölkələridir. Lakin ərəb ölkələrinin son illərdə ərsəyə gətirdiyi texnoloji yeniliklər də qeyd etmək lazımdır. Misal üçün, dünyada bərpa olunan enerjinin daha geniş yayılması dövrünə qədəm qoymuşuq.

Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən bu yaxınlarda Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməli qoyuldu. Azərbaycanın həm günəş, həm külək enerjisindən istifadə etmək üçün kifayət qədər əlverişli təbii şəraiti var. Hesab edirəm, Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti kimi digər ərəb şirkətləri də bərpa prosesində iştirak edə bilər. Bununla həm ərəb ölkələri işğaldan azad edilən ərazilən bərpasında işitrak edə, həm də dünyada ərəb xalqının da elmdə, texnologiyada hansı səviyyədə olduğunu sübut edə bilər. Bu əməkdaşlıq həm də müsəlman ölkələrin qarşılıqlı yardımlaşma və təcrübə mübadiləsinin inkişafına xidmət edə bilər.

Turan Rzayev

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Bu ölkələr “Böyük Qayıdış” siyasətinə töhfə verə bilər - TƏHLİL

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR