Logo

Mədəniyyət naziri Gəncədə səfərdədir

Mədəniyyət naziri Gəncədə səfərdədir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mədəniyyət naziri Anar Kərimov Gəncə şəhərinə səfərə gedib.

Sfera.az xəbər verir ki, nazir Gəncə şəhərində yeni istifadəyə verilmiş Gəncə Dram Teatrında, Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyinə, Gəncə Dövlət Kukla teatrına və digər mədəniyyət ocaqlarına baxış keçirəcək, mədəniyyət işçiləri ilə görüşəcək.

A.Kərimov həmçinin Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin olduğu əraziyə də baş çəkəcək.

Sonda nazir Gəncə Dövlət Filarmoniyasında "Şuşa ili" adlı konsert proqramında iştirak edəcək.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR