Logo

Yevlaxda qadın narkotik satışına görə saxlanıldı

Yevlaxda qadın narkotik satışına görə saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yevlax rayon sakinindən narkotik vasitələr aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Həmidə Dərvişova saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə qablaşdırılmış metamfetamin, heroin və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə H.Dərvişova barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR