Ötən il Azərbaycanda saxlanılan ovçuların sayı AÇIQLANDI
Kateqoriya məlum deyil
"Ötən il 193 ovçu saxlanılıb, onlardan 37-si xarici, digərləri isə yerli vətəndaşlar olub”.
Sfera.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə "Ekspert saatı”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, onların hər biri cərimələnib.






