Logo

Tağı Əhmədov ağır xəstəliyə tutulub: "Həkim yoxdur, olsaydı, məni sağaldardı"

Tağı Əhmədov ağır xəstəliyə tutulub: "Həkim yoxdur, olsaydı, məni sağaldardı"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"1,5 ildən artıqdır ki, ayaqlarım tutulub”.

Sfera.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov deyib. Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:

"İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu "Miyelit”dir (onurğa-beyin iltihabı)".

Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb: "Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdilər”.

Qeyd edək ki, bu barədə ilk məlumatı "Yenisabah" yayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR