İstanbul-İrəvan təyyarə biletlərinin qiyməti AÇIQLANDI
Kateqoriya məlum deyil
Türkiyənin "Pegasus" və Ermənistanın
"FlyOne" aviaşirkətləri fevralın 2-dən İstanbul-İrəvan marşrutu üzrə
qarşılıqlı uçuşlara başlayacaq.
Sfera.az xəbər verir ki, "Pegasus" İstanbuldan bazar ertəsi, cümə axşamı və şənbə günləri, İrəvandan isə çərşənbə axşamı, cümə və bazar günləri uçuşlar həyata keçirəcək.
İstanbul-İrəvan marşrutu üzrə biletlərin qiyməti 69,99 avrodan,
əks istiqamətə isə 59,99 avro olacaq.
Ermənistan aviaşirkəti isə öz növbəsində bazar ertəsi, çərşənbə və cümə günləri
uçuşlar həyata keçirəcək.
Biletlərin qiyməti 39 avrodan başlayır.






