Logo

Məktəbin yanında narkotik satan şəxs saxlanıldı - FOTO

Məktəbin yanında narkotik satan şəxs saxlanıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Suraxanı rayonu Əmircan qəsəbəsində narkotik vasitə satılır.

Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yayılıb.

İddia edilib ki, rayonun Əmircan qəsəbəsində, 84 saylı məktəbin yanında 77-PC-269 dövlət nömrə nişanlı avtomobil narkotik vasitə satır.

Həmin şəxs mənzili kirayə götürüb orada narkotik vasitələrinin satışı ilə məşğul olurlar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, 77-PC-269 dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edən 1983-cü il təvəllüdlü Nahid Əliyev tutulub:

"Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq cinayət işi başlayıb. Hazırda istintaq hərəkətləri davam etdirilir”.

Məktəbin yanında narkotik satan şəxs saxlanıldı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR