Nərminin sinif yoldaşı: Qapının səsindən bildim ki...

Nərminin sinif yoldaşı: Qapının səsindən bildim ki...
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sfera.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində Nərmin Quliyevanın sinif yoldaşı və əmisi oğlu olan Ayxan Quliyev ifadə verib. O ifadəsində bildirib ki, sonuncu dəfə Nərmini evlərində görüb.

"Əmim oğlu Qorxmazla bir yerdə idik. Nərmin gödəkcəni götürməyə gəlmişdi. O evdə olanda həyətə çıxdım. Sadəcə çöl qapının səsindən bildim ki, Nərmin çıxıb getdi. Sonra isə onun itkin düşdüyünü eşitdim"- deyə A.Quliyeva bildirib.

Təqsirləndirilən şəxsin müdafiəçiləri məhkəmənin gec başlaması və zamanın az qalması səbəbindən bugünkü məhkəmə prosesinin saxlanılmasını və A.Quliyevanın ifadəsinin növbəti məhkəmə prosesində davam etdirilməsini istəyib.

Hakimin qərarı ilə növbəti məhkəmə fevralın 9-da saat 10:30-a təyin olunub.

OXŞAR XƏBƏRLƏR

Ezgi Molanın keçmiş əri güllələndi - VİDEO

Türkiyəli aktrisa Ezgi Molanın keçmiş əri, iş adamı Mustafa Aksakallının Alaçatıdakı restoranına silahlı hücum olub.   Sfera.az “Qafqazinfo&rdq...

Azərbaycan neftinin qiyməti 71 dollara düşüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1...

Ərdoğanın sülh mesajı - İstanbulda yeni danışıqlar masası qurula bilər

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasın yekunlarına dair Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında qeyd olunub ki, Ankara Rusiya...

Avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO

Bakı şəhərində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb.  Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin ...

Yol polisi bəzi sürücülərə müraciət etdi: "Sükan arxasında əyləşməyin"

Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıx...

Daxili İşlər Nazirliyi 39 nəfəri saxlayıb

Avqustun 1-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfer...