Logo

Üç il əvvəl baş vermiş oğurluq faktının üstü açıldı

Üç il əvvəl baş vermiş oğurluq faktının üstü açıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Lənkəran rayonunda 3 il əvvəl baş vermiş oğurluq faktının üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri zəruri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin avqust ayında rayonun Səpnəkəran kəndində yerləşən evlərin birindən 3 min 750 manat pul və 1100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Səpnəkəran kənd sakini T.Hüseynov olduğu müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR