26 yanvar Dünya Ekoloji Təhsil Günüdür
Kateqoriya məlum deyil
Dünya Ekoloji Təhsil Günü hər il yanvarın 26-da bütün dünyada ekoloji təşkilatlar tərəfindən qeyd olunur. Ekoloji təhsil insanlar arasında ekoloji mədəniyyətin formalaşmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən düzgün istifadəyə dair məlumatların ictimailəşməsinə yönəlib.
Ekoloji təhsilin inkişafı üçün əsas təkan 1972-ci ildə BMT-nin Ətraf Mühit üzrə Konfransı zamanı qəbul edilmiş Stokholm Bəyannaməsidir. Konfransda ilk dəfə olaraq davamlı inkişaf konsepsiyası müzakirə edilib və bu günə istiqamət verən bəyannamədə ətraf mühitin mühafizəsinin 26 prinsipi qeyd edilib.





