Logo

Dollar satışı dayandı-FOTOLAR

Dollar satışı dayandı-FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün şəhərin mərkəzindəki valyutadəyişmə məntəqələrinin əksəriyyəti işləmir və valyuta satmır.

Fins.az-ın əməkdaşının Bakının mərkəzində apardığı müşahidələr göstərib ki, valyutadəyişmə məntəqələrinin əksəriyəti müxtəlif bəhanələrlə, ya da sadəcə bəhanəsiz fəaliyyətini dayandırıb.

Dollar almaq istəyənlərin sayı çox olsa da, məntəqələr valyuta satmırlar. Cəmi 2 məntəqədə dollar satışı həyata keçirilib. Bu məntəqələrdə dollar 1,56 manata alınıb, 1,626 manata satılıb. Avronun məzənnəsi isə fərqli olub. Belə ki, 1 avro 1,68-1,7 manatdan alınıb, 1,77-1,78 manata satılıb. Məntəqələrdə 100 rubl 2,01-2,09 manata alınıb, 2,17 manata satılıb.

Amma sonradan bu məntəqələrdə də növbəyə dayanan vətəndaşlara dolların satılıb qurtardığı bildirilib.
Dollar

Dollar

Dollar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR