Logo

Daşqın Həmidzadə: "Mən aktiv "bomba"yam"

Daşqın Həmidzadə: "Mən aktiv "bomba"yam"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Çox bədbəxt ölkədə yaşayırıq. Allah xalqımızı bu məmurlardan (lotulardan) qorusun, onları hifz etsin!”.

Sfera.az bildirir ki, bunu tanınmış təlimçi Daşqın Həmidzadə deyib. O bildirib ki, ölkədə pandemiyanın bu gündə olmasına səbəb məhz məmurlardır:

"İki gündür COVID-19-a yoluxmuşam, özəl klinikada test vermişəm, nəticə pozitiv çıxıb. Amma testin nəticəsini portala vurmurlar. E-Təbib Qaynar xəttinə zəng edib müraciət edirəm ki, mən hazırda cəmiyyət üçün aktiv "bomba"yam. Mənə heç cür nəzarət edilə bilinmir. Məni portala vurun, mən və mənim kimi xəstələr küçədə gəzməsinlər, cəmiyyət içinə çıxmasınlar. Mənə TƏBİB rəsmi şəkildə cavab verir ki, bu işlərə biz baxmırıq. Poliklinikaya müraciət edin. Poliklinikaya zəng edirəm, deyir biz hələ müraciətləri yığırıq, müraciətləri tamamlayandan sonra ən tez sabah göndərəcəyik "briqadamızı". Nəticələr isə, müraciətlər çoxdur deyə 2-3 gün ərzində çıxa bilər”.

D.Həmidzadə fikirlərinə bu cür davam edib:

"Mən anlamıram, COVİD pandemiyası ilə hansı qrum mübarizə aparır bu ölkədə? Mübarizə aparılmırsa, maska, karantin, vaksin passportu artistlikləri niyədir? Bezirəm, ciddən bezirəm! Son 1 ayda məmur özbaşınalıqları, lotu-lotu hərəkətləri məni diksindirir. Xalqımıza yazığım gəlir”.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR