"Qarabağ"ın oyunu qara görə ləngidi
Kateqoriya məlum deyil
"Qarabağ"ın Çexiyanın "Bohemians” klubu ilə yoxlama oyunu təyin olunan vaxtda başlamayıb.
Ağdam təmsilçisinin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, buna Türkiyənin Antalya şəhərindəki Belek bölgəsinə qarın yağması səbəb olub.
Bakı vaxtı ilə saat 12:00-da start götürməli olan matç meydanın qardan təmizlənməsində yaşanan çətinliyə görə ləngiyib.
Oyunun başlama vaxtı hələlik dəqiqləşməyib.
Komanda bu gün ikinci yoxlama matçında Bakı vaxtı ilə saat 18:00-da Polşanın "Visla" (Krakov) klubu ilə qarşılaşacaq.






