Logo

Gəncədə maşınları soyan şəxs saxlanıldı

Gəncədə maşınları soyan şəxs saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədov yol kənarında dayanan avtomobilə qeyri-qanuni yolla daxil olaraq oradan pul oğurlayıb. Bundan başqa şübhəli şəxsin müştəri qismində əyləşdiyi taksidən mobil telefon da oğurlaması məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR