Baş Prokurorluqda kollegiya iclası başladı
Kateqoriya məlum deyil
Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası başlayıb.
Sfea.az Report-a istinadən xəbər verir ki, iclasda Baş prokuror Kamran Əliyev çıxış edir.
İclasda həmçinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı da gözlənilir.
Qurumun Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib. Bildirilib ki, kollegiya iclasının təfərrüatları barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.






