Logo

Lotoreyada 1 milyard dollarlıq uduş

Lotoreyada 1 milyard dollarlıq uduş
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

20 il ardıcıl olaraq lotoreya bileti alan pensiyaçı cek-potda 425,3 milyon dollar udub.

ABŞ tarixində ilk dəfə olaraq lotoreyanın əsas uduşu cek-potun məbləği 1,3 milyard dollara çatıb. 

ANS PRESS-in məlumatına görə, dünən keçirilmiş 948,8 milyon dollarlıq uduşda qalib müəyyən edilməyib. Heç bir lotoreya iştirakçının rəqəmləri uduş kombinasiyasına uyğun gəlməyib. 

Bununla da lotoreyanın cek-potu 1,3 milyard dollara qalxıb. Bu, ABŞ tarixində ilk dəfə olaraq lotoreya cek-potunun 1 milyard dolları keçməsi ilə nəticələnib. 

948,8 milyon dollarlıq uduşu almaq üçün qalib 32, 16, 19, 57, 34 və 13 rəqəmlərindən ibarət məcburi kombinasiyaya uyğun rəqəmlər təqdim etməli idi. 13 rəqəmi mütləq sonuncu olmalı idi. 

Lotoreyada 1 milyard dollarlıq uduş
Kaliforniyada lotoreya bileti növbəsi

Son bir neçə uduşda qalib olmadığı üçün cek-potun məbləği dəfələrlə yüksəlib. Son uduşdan öncə satışlar maksimum yüksəlib. Əvvəllər həmin lotoreyanın Kaliforniyada gündəlik satışı 1 milyon dollar olubsa, yanvarın 9-da bu, 2,8 milyon dollara qalxıb. 

Sözügedən lotoreya ABŞ-ın 44 ştatında, Kolumbiya, Puerto-Riko və Virgin adalarında oynanır.

Həmin lotoreyanın uduş məğləğini sonuncu dəfə Kaliforniyada yaşayan pensiyaçı Raymond Bakston əldə edib. 20 il ardıcıl olaraq lotoreya bileti alan pensiyaçı cek-potda 425,3 milyon dollar udub. 

“Mən bir neçə saat kompyuter qarşısında oturub, gözlərimə inanmadım. Müxtəlif mənbələrdən rəqəmləri dəfələrlə yoxladım. Bundan sonra ilk şok gəldi. Bir neçə gün yata bilmədim”,- deyə pensiyaçı Raymond Bakston bildirir.

Lotereya təşkil edilən şans oyunudur. Bu zaman gəlir və itkilər lotoreya biletinin təsadüfi çıxarılması, püşk və ya lot yolu ilə müəyyən edilir. Lotoreya iştirakçıları tərəfindən daxil edilmiş vəsaitlərin bir hissəsi təşkilatçılara, bir hissəsi isə dövlət büdcəsinə gedir. Qalan hissə mükafat kimi paylanır. 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR