Çavuşoğludan 20 yanvarla bağlı paylaşım
Kateqoriya məlum deyil
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu 20 Yanvar faciəsi ilə bağlı Tvitter-də paylaşım edib.
Sfera.az xəbər verir ki, nazir yaşanan faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib:
"Qardaş Azərbaycanın azadlıq yolu tarixində ən ağrılı xatirələrdən biri olan 20 Yanvar şəhidlərini rəhmət və ehtiramla yad edirəm. Bir Millət, Bir Ürək, Bir Can, Türkiyə-Azərbaycan”, - deyə paylaşımda qeyd olunub.Əzizə Zeynal






