Logo

TQDK abituriyentlərə xəbərdarlıq etdi

TQDK abituriyentlərə xəbərdarlıq etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

9 illik təhsil bazasında kolleclərə qəbul olanların təhsil müəssisələrində qeydiyyatı sona çatır.

Bu barədə Oxu.Az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Bildirilir ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 29 iyul saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Kolleclərə qəbul olan 8922 abituriyentdən cəmi 50 faizi qeydiyyatdan keçib. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR