Logo

DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı

DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyi Binəqədidə baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

Sfera.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsindəki işlədiyi mağazanın qarşısına gəlmiş qohumu qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan “İJ-58” markalı tüfəng və 5 ədəd patron götürülüb.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR