Türkiyədə 30 dəqiqədə 3 zəlzələ oldu - VİDEO
Kateqoriya məlum deyil
Türkiyədə Kırşehirin Çiçekdağı rayonunda yarım saat içində 3 zəlzələ baş verib. Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, Rixter şkalası üzrə örə 5.0, 3.6 və 3.5 bal gücündə olan üç zəlzələ yerli vaxtla 19.26, 19.40 və 19.57-da qeydə alınıb. Ankara da daxil olmaqla Kırşehirin yaxınlığında olan şəhərlərdə də zəlzələ hiss edilib. İlkin məlimatlara görə ölən və xəsarət alanlar olmasa da, zəlzələ qorxu və çaxnaşmaya səbəb olub.






