Logo

Deputat nəvəsi şəhid olan seçicisi ilə görüşdü - FOTO

Deputat nəvəsi şəhid olan seçicisi ilə görüşdü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Deputat Elnur Allahverdiyev şəhid Bağırov Əli Altay oğlunun babası Hacı Etibarla şəhidin məzarı önündə görüşüb.

Sfera.az xəbər verir ki, millət vəkili baş tutan görüşün onu təəccübləndirdiyini qeyd edib.

E.Allahverdiyev təəssüratlarını öz feysbuk hesabında bölüşüb:

Deputat nəvəsi şəhid olan seçicisi ilə görüşdü - FOTO

"2020-ci ilin parlament seçkiləri dövründə komandamızın ağsaqqalı olan, dairəmizin seçicisi Hacı Etibarla hər birimizi möhkəm dostluq və mənəvi tellər birləşdirir. Hər görüşümüz onun xeyir-duası ilə keçirilib. Getdiyimiz hər bir evə onun məsləhəti ilə getmişik, Hacı Etibar seçicilərlə aramızda bir körpü rolunu oynayıb.

Ötən ilki Vətən müharibəsində onun nəvəsi Bağırov Əli Altay oğlu da şəhid olub. Əli Cəbrayıl, Füzuli və Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak edib. Qubadlıda şəhadətə qovuşub. Prezident İlham Əliyev tərəfindən hər üç rayonun azad olunmasına görə medallarla təltif edilib. Allah rəhmət etsin!

Dünən Əlinin məzarını babası ilə ziyarət etdik, ruhu qarşısında baş əydik. Şəhidlərimizin hər biri bizim üçün əzizdir, çünki onlar Hacı Etibar kimi ağsaqqal ata-babaların tərbiyyəsi, öyüd-nəsihəti ilə vətənpərvər ruhda böyüyüb, Vətəni azad etməyə yollanıblar.

Görüş zamanı Hacı Etibar bizi yenə də təəccübləndirdi. Keçirdiyimiz bütün görüşlərin fotolarını saxlayır, xatirələrimizdən heç birini unutmayıb. Atamın dostu Baba müəllimlə birlikdə həmin günlərə qayıtdıq. Tanrı ağsaqqallarımızı bizə çox görməsin!”.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR